AZ

Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Srağagün Masazırda ölkə kubokunun yarımfinalı çərçivəsində “Sabah”la “Qarabağ” üz-üzə gəldi. Ən müxtəlif səbəblər üzündən bu oyun ətrafında prinsipiallıq yaranmışdı. Bəs Masazırda nələr yaşandı?Oyun saat 20.00-da start götürəcəkdi. Oyuna 40-45 dəqiqə qalmış Masazır qəsəbəsi ərazisində, gölün qırağında qəza işıq siqnallarını yandırmış iki maşın var idi. Birinin nömrəsi tanış gəldi - 10-MB-027. Aha, bu, Bəhlul Mustafazadənin maşınıdı. Gördüm ki, qızları ilə bərabər iki ata və Bəhlul dayanıb, müdafiəçi onların formasını imzalayır. Azyaşlılar özləri “Qarabağ” formasında idi, əlavə imzalatmaq üçün də gətirmişdilər. Stadionun ətrafında qələbəlik olmasın deyə Masazır dairəsindən stadiona gedən yol bağlanmışdı. Yol polisləri yanlız akkreditasiyası olan maşınları həmin əraziyə buraxırdı. Buna görə də stadiondakı sıxlıq yanlız insanlara görə idi. Maşın, siqnal, səs-küy yox idi. “İmarət Tayfa”nın üzvləri stadiona yaxınlaşdıqlarını pirotexniki vasitələr yandırmaqla bildirdilər. Masazırda əsl futbol ab-havası hökm sürürdü. Bilet axtaran kim, oyunun hansı şəraitdə keçəcəyini, hesabın necə olacağını təxmin edən kim... Qəsəbənin hər yerində - dönərxanada, marketdə müzakirə gedirdi. Yaşından aslı olmayaraq ərazi və ətrafında yaşayanların belə vacib qarşılaşmasından xəbərdar olmasında birbaşa pay sahibi “Sabah” rəhbərliyidi. Təbliğat olduqca yüksək səviyyədə aparılmışdı. Bir çox sektorun girişində tamaşıçalara “Sabah” bayrağı verirdilər. Təşkilatçılıq elə səviyyədə idi ki, neytral tamaşaçı da “Sabah” azarkeşinə “çevrilirdi”. Bu əsl bayram idi. Futbol bayramı. Matçdan bir neçə saat əvvəl biletlərin hamısının satıldığı elan olundu. Amma tribunalarda bunu görmədik. Birinci hissə başa çatana qədər azı 1-2 min boş yer var idi. İkinci yarıda boş qalan yerlərin də böyük faizi doldu, amma yenə də dolmamışdı. Belə çıxır ki, ya bilet alıb gəlməyənlər oldu, ya da kimlərsə “qara bazar” yaratmaq istəyirmiş. Nə qədər “Qarabağ”la “Sabah” arasında intriqa olduğunu desək də, bu, sağlam rəqabətdi. Futbolçularda da hansısa kin yoxdu. Legionerlərdə belə. Matçdan sonra “Qarabağ” fanatı azarkeşi olduğu komandanın formasını Aaron Maludaya uzatdı ki, imzalasın, o da gülümsədi və tərəddüd etmədən yeniyetməni sevindirdi. Gələk əsas məsələyə. Son saniyələrdə Kamilo Duranın cərimə meydançası daxilində ötürməsindən sonra top Velko Simiçin əlinə dəyərək istiqamətini dəyişdi. “Qarabağ”ın futbolçuları və məşqçi korpusu penalti gözlədiyi halda, Rəvan Həmzəzadə qətiyyətlə qərarının üstündə qaldı. VAR da baxdı, bir neçə dəqiqə əlaqədə oldular və yekunda hər şeyin qaydalar çərçivəsində olduğunu dedilər. Qərara etiraz etdiyinə görə Kamiloya sarı vərəqə də verildi. Final fitindən sonra ara qarışdı. Musa Qurbanlı texniki zonada Qurban Qurbanovla birgə epizodun təkrarına planşetdən baxdı. İki fərqli reaksiya gördük. Qurbanov istehzalı gülüşü, oğlu isə hakimin üstünə şığıması ilə diqqəti çəkdi. Marko Yankoviç qırmızı vərəqə almaq üçün əlindən gələni etdi. O, Rəvan Həmzəzadənin yanından ayrılmadı, etirazını ağır formada bildirdi. Şəkili referi əvvəlcə sarı, sonra qırmızı vərəqə göstərdi. Montiel də ən çılğınlardan biri idi. Amma heç sarı vərəqə də göstərilmədi. Əslində Həmzəzadənin buna macalı da yox idi. Çünki polis və mühafizəçilər onu dövrəyə alıb, paltardəyişmə otağına aparmağa çalışırdılar. Bu hal, adətən, prinsipial oyunda azarkeşlərdən qorunmaq üçün olur. Bu dəfə isə futbolçular təhlükə saçırdı. Ara qətiyyən səngimirdi. Qurban Qurbanov epizoda baxandan sonra paltardəyişmə otağına yollanmışdı. Gördü durum heç cür səngimir, axırda özü gəldi. Musa əsəbindən az qala ağlayırdı. Özünə yer tapa bilmirdi. Futbolçular artıq Avropada yox, Azərbaycanda da yanlış qərarların olduğunu qətiyyən qəbul etmək isətmirdilər. Emmanuel Addai isə kənarda özü üçün fırlanırdı. Bu ya çox intizamlı olmasından irəli gəlir, ya da nəticə vecinə deyil. Ümid edək ki, birincidi. “Qırğın” paltardəyişmə otağına aparan dəhlizdə də davam edirdi. Heç kim futbolçuları sakitləşdirə bilmirdi. Qurban Qurbanov oyunsonrası mətbuat konfransında belə halların futbola rəng qatdığını dedi. Həqiqətən də belədi. Ötən onillikdəki “Neftçi” - “Xəzər Lənkəran” duellərini xatırlayaq.Yeri gəlmişkən...“Sabah” ardıcıl 32 oyundu uduzmur. Ölkə futbolu tarixində ən uzun məğlubiyyətsiz seriya (36 oyun) “Qarabağ”a məxsusdu. “Bayquşlar” qarşıdakı 5 oyunda da uduzmasa, ağdamlıların rekordunu yeniləyəcək.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
icma.az

2Mənbələr