AZ

"İynə və dərmanlarla arıqlamaqdansa..."

Aparıcı Xoşqədəm Hidayətqızı arıqlamaq məqsədilə iynə və dərmanlardan istifadə edənləri tənqid edib.

Musavat.com bildirir ki, aparıcı sosial şəbəkədə ünvanına yazılan şərhlərə cavab verib.

O, bəzi istifadəçilərin bu cür üsulları tətbiq edən həkimləri efirdə reklam etməsiylə bağlı iddialarına sərt reaksiya göstərərək bildirib ki, heç vaxt proqramında iynə ilə arıqlamağı təbliğ etməyib.

Hidayətqızı daha sonra mövzu ilə bağlı videoaçıqlama yayımlayıb. O qeyd edib ki, tanıdığı bir neçə nəfər bu üsulla arıqladıqdan sonra ciddi sağlamlıq problemləri ilə üzləşib:

“Yenə səhər tennisə gəlmişəm. Məncə, iynə və dərmanlarla arıqlamaqdansa, zəhmət çəkmək, tənbəllik etməmək və qidalanmaya diqqət etmək lazımdır. Ən sağlam arıqlama və formada qalma yolu budur. İynə və dərmanla arıqlayanlara yazığım gəlir. Tanıdığım insanlar var ki, bu iynələrdən sonra ağır vəziyyətə düşüblər, hətta komaya düşənlər olub. Sağlam şəkildə arıqlayın”.

Könül
Musavat.com

Seçilən
65
musavat.com

1Mənbələr