Vaşinqton, 24 aprel, AZƏRTAC
Bizim blokadamız qlobal miqyasda getdikcə artır və Prezident Donald Trampın dediyi kimi, dünyada hər şeyə vaxtımız var. AZƏRTAC xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının müharibə katibi Pit Heqset mətbuat konfransında deyib.
“İranın ciddi bir razılaşma əldə etmək üçün tarixi şansı var və top onların meydanındadır. Hər iki halda da Pentaqon növbəti baş verəcəklərə hazırdır”,- deyə o bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton