AZ

“Məktəb psixoloqlarının fəaliyyəti qənaətbəxş deyil” TƏHSİL EKSPERTİ

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Məktəb psixoloqları hadisə baş vermədən əvvəl şagirdlərlə mütəmadi görüşlər keçirməlidirlər”.

Gununsesi.info bildirir ki, bunu təhsil eksperti Ramin Nurəliyev deyib.

“Hazırda məktəb psixoloqlarının fəaliyyəti qənaətbəxş deyil.

Bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə orta ümumitəhsil məktəblərində fəaliyyət göstərən psixoloqlar üçün sertifikasiya imtahanının tətbiqi vacibdir. Necə ki, ibtidai sinif müəllimləri üçün sertifikasiya imtahanı keçirildi, eyni yanaşma psixoloqlara da şamil olunmalıdır.

Təcrübə göstərir ki, bəzi müəllimlər ixtisaslarına uyğun olmadan orta ümumitəhsil müəssisələrində dərs deyirlər. Bu da tədrisin keyfiyyətinə mənfi təsir göstərir və ciddi islahatların aparılmasını zəruri edir”-deyə o əlavə edib.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
icma.az

1Mənbələr