Bakı. Trend:
Şirkət TM Forum-un “Autonomous Networks Manifesto”sənədini imzalayaraq rəqəmsal transformasiya və süni intellektəsaslı şəbəkə əməliyyat idarəçiliyində yeni mərhələyə qədəmqoydu
“Azercell Telekom” MMC rəqəmsal transformasiya istiqamətindənövbəti mühüm addımını ataraq, qlobal telekommunikasiyastandartlarını müəyyən edən TM Forum tərəfindən irəli sürülmüş“Autonomous Networks Manifesto” sənədini rəsmi olaraq imzalayıb.Şirkət bununla Azərbaycan və MDB regionunda bu təşəbbüsə qoşulanilk mobil operator olub.
"Azercell" və "Aztelekom"un birgə həyata keçirdiyi “AutonomousNetworks” layihəsi çərçivəsində əldə olunan bu nailiyyət Azercell-iqlobal səviyyədə innovativ texnologiyaların tətbiqinə öncülük edənoperatorlar sırasına daxil edir.
Qeyd edək ki, Avtonom Şəbəkələr süni intellekt və maşınöyrənməsi texnologiyalarına əsaslanaraq insan müdaxiləsinə minimumehtiyac duyan, özünü tənzimləyən, optimallaşdıran və nasazlıqlarıavtomatik aradan qaldırma funksiyasına malik idarəetmə modelidir.Bu yanaşma operatorlara şəbəkə idarəçiliyində daha yüksək dəqiqlik,çeviklik və dayanıqlılıq təmin edir.
Layihənin icrası nəticəsində "Azercell"in əməliyyatsəmərəliliyinin artırılması, müştəri təcrübəsinin daha datəkmilləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsihədəflənir. Belə ki, müraciətlərin həlli müddətinin azalması, yenixidmətlərin bazara çıxarılma və abunəçilərə çatdırılmaproseslərinin sürətlənməsi gözlənilir. Eyni zamanda, proseslərinavtomatlaşdırılması hesabına əməliyyat xərclərinin (OPEX)optimallaşdırılması və insan amilindən qaynaqlanan risklərinminimuma endirilməsi təmin olunacaq.
Bununla yanaşı, "Azercell" və "Aztelekom" üzrə AvtonomŞəbəkələrə dair bütün mövcud və gələcək təşəbbüslər vahid proqramçərçivəsində, TM Forum standartlarına uyğun şəkildəmərkəzləşdirilmiş qaydada idarə olunur.
Qeyd edək ki, "Azercell" 2025-ci ildə telekommunikasiya vətexnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərinbeynəlxalq alyansı olan TeleManagement Forum-a (TM Forum) rəsmi üzvolub. Şirkət innovativ texnologiyaların tətbiqi və stratejitəşəbbüslər vasitəsilə ölkədə rəqəmsal ekosistemin davamlıinkişafına töhfə verməyi hədəfləyir.