AZ

Vüsal Nəsirli Masallıda vətəndaşları qəbul edib

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Masallı şəhərində vətəndaşları qəbul edib.

525.az-a bu barədə agentlikdən bildirilib.

Məlumata əsasən, qəbulda Masallı və Yardımlı rayonlarının sakinləri ilə görüş keçirilib. Görüş zamanı vətəndaşların müraciətləri əsasən avtomobil yollarının mövcud vəziyyəti, yolların əsaslı təmiri və yenidən qurulması, eləcə də məşğulluq məsələlərini əhatə edib.

Qaldırılan bütün məsələlər dinlənilib, onların operativ araşdırılması və həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
525.az

2Mənbələr