AZ

Azərbaycan və İsveçrə tərəfdaşlıq potensialını nəzərdən keçirib

525.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan və İsveçrə arasında investisiya əlaqələri və tərəfdaşlıq potensialı müzakirə olunub.

525.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, İsveçrənin Sürix şəhərində nazirlik, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İsveçrənin Birgə Ticarət Palatasının (JCC) dəstəyi, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə ölkəmizdə investisiya imkanları mövzusunda tədbir keçirilib.

Tədbirdə rəsmi şəxslər və İsveçrənin enerji, inşaat, mühəndislik, logistika, informasiya texnologiyaları, maliyyə, səhiyyə və s. sektorlarda fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak ediblər. Azərbaycanın İsveçrədə səfiri Fuad İsgəndərov bu ölkə ilə ikitərəfli ticarət və investisiya əlaqələrinin cari vəziyyəti, inkişaf perspektivləri barədə çıxış edib.

Azərbaycanın ticarət nümayəndəsi Nemət Nağdəliyev Azərbaycanın işgüzar mühiti, sənaye zonaları, Ələt azad iqtisadi zonası, tranzit-logistika potensialı, eləcə də işğaldan azad edilmiş ərazilərdə investorlar üçün yaradılan fürsətlər barədə məlumat verib.

Tədbir çərçivəsində Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı ilə İsveçrə ticarət palataları, assosiasiyaları və şirkətləri arasında görüşlər keçirilib, əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
5
525.az

6Mənbələr