AZ

Prezident Ərdoğan: Türkiyənin Formula1 yarışlarına yenidən qayıtması çempionata böyük dəyər qatacaq

İstanbul, 24 aprel, AZƏRTAC

Türkiyənin 2027-ci ildən etibarən Formula1 yarışlarına yenidən qayıtması çempionata böyük dəyər qatacaq. “İstanbul Park” 2027–2031-ci illər arasında tam 5 mövsüm boyunca diqqət çəkən, həyəcanlı və izləmə zövqü yüksək yarışlara ev sahibliyi edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Formula1 Türkiyə Qran-Prisinin Tanıtım Proqramında çıxışı zamanı bildirib.

Prezident Ərdoğan qeyd edib ki, Türkiyə daha əvvəl 9 dəfə Formula1 yarışlarını qəbul edib və bu yarışlar həm yüksək tamaşaçı marağı, həm də unudulmaz anlarla yadda qalıb. Xüsusilə pandemiya dövründə yarışların keçirilməsi ölkənin bu idmana verdiyi önəmi göstərib.

O, Türkiyənin güclü təşkilatçılıq qabiliyyəti, müasir infrastrukturu və qonaqpərvərliyi sayəsində yenidən uğurlu yarışlara ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Seçilən
31
3
azertag.az

4Mənbələr