AZ

Suriyadan Azərbaycana gətirilən daha 5 nəfər psixososial dəstək prosesinə cəlb edilib

Suriyadan Azərbaycana repatriasiya olunmuş 2-si qadın, 3-ü uşaq olmaqla daha 5 vətəndaş üçün psixososial dəstək tədbirləri başlayıb.

"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib.

Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar.

Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirməsini aparacaq. Hər bir repatriantın cəmiyyətə reinteqrasiyası məqsədilə müvafiq dəstək tədbirləri davam etdiriləcək.

Xatırladaq ki, son illərdə Sosial Xidmətlər Agentliyi Azərbaycana repatriasiya edilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan hazırda 49 repatriantla sosial reabilitasiya işi davam etdirilir.

Seçilən
11
6
far.az

10Mənbələr