AZ

Mingəçevirdə külək ağacları aşırdı FOTOLAR

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mingəçevirdə külək bir neçə  istiqamətdə ağacları aşıraraq fəsadlara yol açıb.

"Unikal"ın məlumatına görə, təbiət hadisəsi Nizami,  20 yanvar və  M.Maqomayev küçələrinin kəsişməsi, eləcə də onlara bitişik ərazidə baş verib. Külək ağacı aşıraraq bir istiqamətdə yaşayaş binasının dördüncü mərtəbəsinə, digər küçədə kafenin ətrafına və üzərinə yıxıb. Başqa bir səmtdə isə  ağac aşıb yaşıllıq zolağına düşərkən ərazidən keçən elektrik xəttini qırıb.

Fəsadların aradan qaldırılması üçün Yaşıllaşdırma və Sanitar təmizlik İdarəsinin əməkdaşları dərhal əraziyə cəlb olunub.

Ehtiram Muradov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
2
unikal.az

3Mənbələr