Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Şəhərin mərkəzində, Nəsimi rayonu, Abdulvahab Salamzadə kücəsi 1058 ünvanında (”Bolmart”ın həyəti) 10 ildən coxdur istifadədə olan, 100- dən cox ailənin yaşadığı 13 mərtəbəli 8-9 bloklu binanın damı tikinti meydancasına cevirib.
Bunada 14 və 15- ci mərtəbələri tikirlər.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə məlumat və şəkillər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, yağışdan sonra binanın qarajı su icində olub. Sakinlərin dediyinə görə, qarajdakı sütunlarda artıq catlar var və bu vəziyyətdə daha cox pul qazanmaq məqsədilə dairəvi bütün binanın üstü tikilir. Sakinlərin narazılığına məhəl qoymadan hələ də binada iş gedir.
Sakinlər bildirirlər ki, 10 ildir yaşayış olan 13 mərtəbəli binaya 14–15 mərtəbə əlavə etmək riskdir.
Xəzər
“Cebheinfo.az”











Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.