AZ

AzMİU nun İnşaat fakültəsinin tələbələri tikinti sahəsində görülən işlərlə tanış olublar

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) İnşaat fakültəsinin tələbələri üçün real iş mühiti ilə tanışlıq məqsədilə təşkil olunan növbəti maarifləndirici tədbir uğurla həyata keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “PMD Projects” şirkətinin təşkilatçılığı ilə AzMİU-da keçirilən Karyera İnkişaf Həftəsi çərçivəsində tələbələr şirkətin tikinti sahəsinə ekskursiya ediblər.

Ekskursiya zamanı tələbələrə layihənin planlaşdırılması, tikinti mərhələləri, təhlükəsizlik qaydaları və istifadə olunan müasir texnologiyalar barədə ətraflı məlumat verilib. Sahə mühəndisləri və mütəxəssislər tələbələrlə öz təcrübələrini bölüşərək onların suallarını cavablandırıblar.

Tələbələr üçün xüsusilə maraqlı məqamlardan biri real tikinti meydançasında işin təşkili, komanda koordinasiyası və layihə idarəetməsi proseslərinin canlı şəkildə izlənilməsi olub.

Sonda tələbələr təşkil olunan ekskursiyaya görə təşəkkürlərini bildirib, bu kimi təşəbbüslərin davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, bu kimi tədbirlərin əsas məqsədi tələbələrin nəzəri biliklərini praktik mühitlə əlaqələndirmək, onları əmək bazarının tələblərinə uyğun şəkildə inkişaf etdirmək və peşəkar mühitlə erkən tanışlıqlarına şərait yaratmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
azertag.az

1Mənbələr