AZ

Azərbaycan xurmadan 30 milyon dollar qazanıb

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan xaricə 40 min 496,13 ton xurma ixrac edib.

Hakimiyyet.az  rəsmi rəqəmlərə əsasən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5% azdır.

İxracın dəyəri və payı

Həcmin azalmasına baxmayaraq, maliyyə göstəricilərində kəskin azalma müşahidə olunmayıb. Hesabat dövründə ixrac edilən xurmanın ümumi dəyəri 2,6% azalaraq 32 milyon 79,3 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, xurma ixracının ölkənin ümumi ixracındakı payı artıb:

2026-cı ilin I rübü: 0,59%

2025-ci ilin I rübü: 0,52%

Bu rəqəmlər göstərir ki, kənd təsərrüfatı məhsulları arasında xurma strateji əhəmiyyətini qoruyub saxlayır.

Seçilən
1
2
hakimiyyet.az

3Mənbələr