IV və VI siniflərdə təhsilalanların monitorinqinə hazırlıq mərhələsi məqsədilə aprelin 27-si saat 18:00-dan etibarən sözügedən siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, həmin müddətə qədər sorğu yerləşdirən valideynlər aprelın 30-ü saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək