AZ

Dərmandan zəhərlənən şəxs həyatını itiribVİDEO

Gəncə şəhərində iki nəfər dərmandan zəhərlənib, onlardan biri həyatını itirib.

Hadisə axşam saatlarında şəhərin Üzeyir Hacıbəyov küçəsi 14 ünvanında qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, beşmərtəbəli binada yaşayan şəhər sakini, 68 yaşlı Alik İsmayılov halı pisləşdiyindən həkimə müraciət olunub.

Həmin vaxt  41 yaşlı Samir Əliyev də eyni diaqnozla Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Təcili yardım şöbəsinə gətirilib. Dərman vasitələrindən zəhərlənmə diaqnozu təyin olunan pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb. 68 yaşlı Alik İsmayılovun isə həkim heyəti tərəfindən xəstəxanaya qədər ölüm faktı qeydə alınıb. Baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
46
xezerxeber.az

1Mənbələr