AZ

Bundesliqa: “Qartallar” xal itirdi

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Almaniya Bundesliqasında XX tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Bayer” 3 xalı 3 qolla qazanıb. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Ayntraxt” isə “Volfsburq”la bacarmayıb.

“Bavariya” evdə, “Borussiya” isə səfərdə minimal hesablı qələbə qazanıb.

Turun açılış günündə bir oyun keçirilib. “Bremen” minimal hesablı qələbəyə sevinib.

Almaniya Bundesliqası

XX Tur

31 yanvar

Verder Bremen – Maynz 1:0

Qol: L.Bittenkort, 14

1 fevral

Bavariya – Holşteyn 4:3

Qollar: C.Musiala, 19, H.Keyn, 45+3, 46, S.Qnabri, 54 – F.Porat, 62, S.Skrzbski, 90+1, 90+3

Boxum – Frayburq 0:1

Qol: K.Sildilla, 34

Haydenhaym – Borussiya Dortmund 1:2

Qollar: M.Honsak, 64 – S.Quirassi, 33, M.Beyer, 63

Sankt-Pauli – Auqsburq 1:1

Qollar: N.Banks, 17 (avtoqol) – M.Komur, 83

Ştutqart – Borussiya Münhenqladbax 1:2

Qollar: N.Elvedi, 49 (avtoqol) – N.Nqomou, 25, T.Kleyndyenst, 82

Yuniyon Berlin – Leyptsiq 0:0

2 fevral

Ayntraxt – Volfsburq 1:1

Qollar: C.Uzun, 81 – Tuta, 50 (avtoqol)

Bayer Leverkuzen – Hoffenhayem 3:1

Qollar: V.Bonifeys, 15, J.Frimponq, 19, P.Şik, 51

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
futbolpress.az

1Mənbələr