AZ

Azərbaycan Lüksemburqla bunları müzakirə etdi...

Bizim media saytına istinadən ain.az xəbər verir.

Lüksemburqda Azərbaycan Respublikası ilə Lüksemburq Böyük Hersoqluğunun Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Lüksemburq tərəfinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin Siyasi Departamentinin rəhbəri Veronik Dokendorf rəhbərlik edib.Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli əməkdaşlıq məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar. Bu çərçivədə siyasi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri, konsulluq sahəsində əməkdaşlıq, iqtisadi münasibətlər, habelə təhsil, elm və mədəniyyət sahələrində humanitar əlaqələr nəzərdən keçirilib.Tərəflər davamlı siyasi dialoqun təmin olunması baxımından qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində təmasların əhəmiyyətini vurğulayıblar.Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələləri müzakirə olunub.Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Ermənistan–Azərbaycan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.Səfər çərçivəsində F.Rzayev həmçinin Lüksemburqda bir sıra işgüzar görüşlər keçirib, eləcə də Lüksemburq Universitetində dəyirmi masa formatında təşkil olunan müzakirələrdə iştirak edib.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
50
bizim.media

10Mənbələr