AZ

“PAŞA Sığorta” mənfəətliliyini qoruyur

Bakı. Trend:

2025-ci ili 39 milyon manatdan çox xalis mənfəətlə başa vurmuş“PAŞA Sığorta” bu tendensiyanı 2026-cı ildə də davam etdirir.

Şirkət bu ilin I rübündə 8,5 milyon manat xalis mənfəət əldəedib.

Yanvar-mart aylarında “PAŞA Sığorta”nın gəlirləri ötən ilin eynidövrü ilə müqayisədə 14% çox – 88,6 milyon manat təşkil edib. Ocümlədən, şirkətin təkcə əsas əməliyyat gəlirləri 1 il əvvələnisbətən 6,7% çox – 122,8 milyon manat olub ki, bu da xalis sığortaehtiyatlarının dəyişməsindən yaranan zərəri 3 qat kompensasiyaetməyə imkan verib. Hesabat dövründə sığortaçının investisiyagəlirləri 25,1% artaraq 5,2 milyon manata, digər gəlirləri isə48,3% artaraq 0,8 milyon manata çatıb.

Şirkətdə müştəriyönümlülük güclənməkdədir

“PAŞA Sığorta” 3 ay ərzində 122,3 milyon manat sığorta haqqıtoplayıb, 34,4 milyon manat sığorta ödənişi edib. Bunlar, illikmüqayisədə müvafiq olaraq 6,5% və 24,1% çoxdur. Göründüyü kimi,şirkətin ödənişlərinin artım tempi yığımlarının artım tempinitəxminən 4 dəfə üstələyib, bu isə onun fəaliyyətindəmüştəriyönümlülüyün güclənməsindən xəbər verir.

“PAŞA Sığorta”nın rüblük yığımlarının 48,6%-i və yaxud 59,4milyon manatı tibbi sığortanın hesabına formalaşıb. Şirkət hazırdakönüllü tibbi sığorta bazarının təxminə 2/3-nə nəzarət edir. Bu datəbiidir. Çünki, əksər dövlət və özəl qurumlar əməkdaşlarınınkönüllü tibbi sığortalanmasını məhz “PAŞA Sığorta”ya etibaredir.

Bununla yanaşı, şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülkiməsuliyyətinin icbari sığortasında, eləcə də əmlakın yanğından vədigər risklərdən sığortasında böyük pay sahibidir. Yanvar-martaylarında bu sığorta növləri üzrə yığımlar müvafiq olaraq 21,8milyon manat və 15 milyon manat təşkil edib.

İnvestisiya portfelinin dəyəri 250 milyon manatıkeçib

Son 1 ildə “PAŞA Sığorta”nın investisiya portfeli 9%-ə yaxınartım nümayiş etdirərək bu il aprelin 1-nə 250,65 milyon manattəşkil edib. Portfelin təxminən yarısı və yaxud 123,5 milyon manatıdepozitlərdir. İl ərzində şirkətin banklarda yerləşdirdiyivəsaitlərin məbləği 2,8 dəfə artıb. Depozitlərin rüblük gəlirliliyiisə 3,2 dəfə artımla 2,9 milyon manata yüksəlib. Hesabat tarixinəsığortaçı həmçinin 102,4 milyon manat dəyərində istiqrazlara,cümlədən 98,1 milyon manatlıq dövlət və 4,3 milyon manatlıqqeyri-dövlət istiqrazlarına malik olub. Onun digərinvestisiyalarının dəyəri isə 24,8 milyon manat təşkil edib.

Aktivləri yarım milyard manata çatıb

2026-cı il martın sonuna “PAŞA Sığorta” 497,1 milyon manatlıqaktivlərə malik olub. Bu 1 il əvvələ nisbətən 27,6% çoxdur. Ocümlədən, şirkət aktivlər üzrə 119,4 milyon manat sığortaehtiyatlarına malikdir ki, bu da 2025-ci il martın sonu iləmüqayisədə 2,9 dəfə artım deməkdir.

Hesabat dövründə “PAŞA Sığorta”nın öhdəlikləri 38,9% artımla buil aprelin 1-nə 393,4 milyon manata yüksəlib. Şirkətin öhdəliklərüzrə sığorta ehtiyatları isə illik müqayisədə 46,55% çox – 343,8milyon manat olub.

Sığortaçının balans kapitalı 103,7 milyon manat, o cümlədənnizamnamə kapitalı 50 milyon manat təşkil edib. Halbuki, AzərbaycanMərkəzi Bankının müəyyən etdiyi “Sığortaçının tələb olunankapitalının minimum məbləği” 5 milyon manatdır. Bu isə “PAŞASığorta”nın kifayət qədər yüksək kapitallaşdığından, müştəriləriqarşısında öhdəliklərini yerinə yetirə bilməmək riskininolmamasından xəbər verir.

Seçilən
2
6
az.trend.az

7Mənbələr