AZ

Azərbaycan Cüdo Federasiyası Goranboyda məşqçilər üçün dan seminarı keçirib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Goranboyda qərb bölgəsindən olan məşqçilər üçün I dan dərəcəsi üzrə seminar və imtahan keçirilib.

Fanat.Az xəbər verir ki,tədris prosesinə ümumilikdə 27 məşqçi cəlb olunub.

Seminarlara ACF-in təhsil ekspertləri Rafiq Nəcəfov, İsmayıl Rzayev, İbrahim Aslanov və Natiq Qurbanlı rəhbərlik edib.

Məşğələlər çərçivəsində iştirakçılara "nage-no-kata" istiqamətində nəzəri və praktik biliklər təqdim olunub, bacarıqlarının inkişafı təmin edilib.

Yekunda imtahanı uğurla başa vuran məşqçilərə I dan dərəcəsi təqdim olunub.

Seçilən
32
4
fanat.az

5Mənbələr