AZ

Azərbaycanın Ziyalı Xanımları” ensiklopedik kitabının təqdimat mərasimi keçirilib

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü münasibətilə YAP Nərimanov rayon təşkilatında “Azərbaycanın Ziyalı Xanımları” ensiklopedik kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının ƏPT üzvləri, elm və təhsil xadimləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, həmçinin Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov akademik Zərifə Əliyevanın Azərbaycan elminin inkişafında müstəsna xidmətlərindən, oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən və onun yüksək insani keyfiyyətlərindən bəhs edib. A. Abbasov qeyd edib ki, Zərifə Əliyeva Azərbaycan qadınının ziyalılıq, fədakarlıq və vətənə bağlılıq simvolu kimi hər zaman hörmət və ehtiramla anılır. Bildirilib ki, “Azərbaycanın Ziyalı Xanımları” ensiklopedik kitabı ölkəmizin ictimai, elmi və mədəni həyatında mühüm rol oynamış qadınların həyat və fəaliyyətini əks etdirən dəyərli nəşrdir. Kitab Azərbaycan qadınının tarix boyu cəmiyyətə verdiyi töhfələrin sistemli şəkildə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycanın Ziyalı Xanımları” ensiklopedik kitabının müəllifi iqtisad elmləri namizədi, dosent Kifayət Xudaverdiyeva çıxış edərək vurğulamışdır ki, Azərbaycan dövlətinin qadın siyasəti Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında formalaşmış və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti isə qadınların cəmiyyət həyatındakı rolunun daha da möhkəmlənməsinə mühüm töhfə verir.

Müəllif ensiklopedik kitabla bağlı geniş məlumat vermiş, nəşrin əhəmiyyəti və gələcək nəsillər üçün xüsusi rolu olduğunu qeyd etmişdir.

Tədbirdə Şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova, Səudiyyə Ərəbistanı Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova, Lutfi Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti, professor Şahnaz Şahbazova və digər çıxış edənlər belə layihələrin milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından vacibliyini vurğulamış, təşkilatçılara təşəkkürlərini bildirmişlər.

Sonra partiyaya yeni üzv olan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub və sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
3
icma.az

4Mənbələr