AZ

Pentaqonun yaxınlığında qəza - İdarənin 10 əməkdaşı xəsarət aldı

Pentaqonun yaxınlığında Departament əməkdaşlarının xəsarət aldığı yol qəzası baş verib.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin Korporativ Kommunikasiyalar Departamentinin bəyanatına istinadən “Fox News” telekanalı məlumat yayıb.

“Avtobus qəzaya düşüb... 23 sərnişin yaralanıb. 23 nəfərdən 10-u müdafiə idarəsinin əməkdaşıdır”, - məlumatda deyilir.

Pentaqonun Təhlükəsizlik Xidmətinin məlumatına görə, 18 nəfər xəstəxanaya yerləşdirilib, 5 yaralıya isə hadisə yerində tibbi yardım göstərilib.

"Cebheinfo.az" 

Seçilən
62
27
cebheinfo.az

10Mənbələr