"Üç evlilikdən heç birini uğurlu hesab etmirəm".
Musavat. com xəbər verir ki, bunu Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov AStar yutub layihəsinə müsahibəsində deyib. O bildirib ki, övladları ilə hər gün telefon əlaqəsi saxlayır: "Övladlarımla danışıram, balacalarla həftədə bir dəfə danışıram. Evliliklərimin uğursuz olmasının 70 faiz günahı məndədir. Amma özümü bədbəxt hiss etmirəm. O cür övladlarım var. Atam, anam, babam, nənəm hamısı salamatdır. İşimiz də var.
Üç dəfə evlənmişəm, bu o deməkdir ki, həyatı 3 dəfə yenidən qurmuşam. Biz kişiyik də, kişi yıxılar da, durar da. Övladlarım məni çox istəyirlər, mən də onları sevirəm". Xatırladaq ki, A. Cəlilov "Çudo peçka” mağazalar şəbəkəsinin sahibi olub. O, Röya Ayxanla 2008-ci ildə ailə qurub, 2014-ci ildə boşanıb. Onların bu evlilikdən Hüseyn adlı bir oğlu var.
Şahanə Rəhimli
Musavat.com