“Əl-Hilal”ın hücumçusu Kərim Benzema “Real”da Kriştiano Ronaldo ilə birlikdə çıxış etdiyi dövrü xatırlayıb.
Publika.az xəbər verir ki, Fransalı və portuqaliyalı futbolçular 2009–2018-ci illərdə birlikdə “kral klubu”nun formasını geyiniblər.
“Bəli, o getdikdən sonra hücumda daha çox azadlıq qazandım, amma onunla oynamaq çox möhtəşəm idi. Mən onun cərimə meydançası daxilində necə hərəkət etdiyini mükəmməl öyrəndim. O, mövsümə 50-yə yaxın qol vururdu – bu, inanılmaz idi. Mən ondan hərəkət, sürətli qaçışlar və pressinq zamanı davranış baxımından çox şey öyrəndim”, – deyə 38 yaşlı hücumçunun sözlərini İspaniya mətbuatı sitat gətirib.