Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Aprelin 24-də qlobal fond bazarlarında əsas indekslər üzrə ticarət sessiyasında qarışıq dinamika müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, ABŞ fond bazarlarında Dow Jones indeksi 0,16% və ya 79,61 bənd azalaraq 49 230,71 bənd təşkil edib. S&P 500 indeksi 0,80% və ya 56,68 bənd artaraq 7 165,08 bəndə, Nasdaq indeksi isə 1,63% və ya 398,10 bənd yüksələrək 24 836,60 bəndə çatıb.
Avropa bazarlarında isə əsasən azalma qeydə alınıb. FTSE 100 indeksi 0,75% və ya 77,93 bənd azalaraq 10 379,08 bəndə, DAX indeksi 0,11% və ya 26,47 bənd azalaraq 24 128,98 bəndə enib. Eyni zamanda, Euro Stoxx 50 indeksi 0,19% və ya 11,25 bənd azalaraq 5 883,48 bəndə, CAC 40 indeksi isə 0,84% və ya 69,50 bənd azalaraq 8 157,82 bəndə düşüb.
Asiya bazarlarında isə artım üstünlük təşkil edib. Nikkei 0,97% və ya 575.95 bənd artaraq 59,716.18 bəndə, Hang Seng 0,24% və ya 62.87 bənd artaraq 25,978.07 bənd olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.