ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Elsevər İsmayılovun idarə etdiyi "Mersedes" markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 49 yaşlı Rizvan İsmayılov və onun anası 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb.
T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.