AZ

İran ABŞ ilə birbaşa danışıqları istisna edir, Pakistan vasitəçi ola bilər

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın xarici işlər naziri Abbas Araqçi ikitərəfli görüşlər keçirmək üçün İslamabada səfər edib. Bununla belə, Tehran ABŞ ilə Pakistan ərazisində birbaşa danışıqların aparılmasını inkar edir və Pakistana yalnız mümkün vasitəçi kimi baxır.

Bizimyol.info xəbər verir ki, İran xarici siyasət idarəsinin rəhbəri cümə günü axşam Pakistan paytaxtına gəlib. BBC-nin İrandakı səfirliyə istinadən yaydığı məlumata görə, səfərin əsas məqsədi iki ölkə arasında əməkdaşlıq məsələlərinin müzakirəsidir.

İranın dövlət televiziyası IRIB isə bildirib ki, nazirin Pakistan ərazisində ABŞ nümayəndələri ilə görüş planı yoxdur. Eyni zamanda qeyd olunur ki, İslamabad tərəflər arasında mesajların ötürülməsi və münaqişənin dayandırılması üçün “körpü” rolunu oynaya bilər.

Bundan əvvəl Ağ Ev ABŞ-ın xüsusi nümayəndələri Stiv Vitkoff və Kared Kuşnerin İslamabada göndərildiyini açıqlamışdı. Vaşinqton bu addımı İranın guya “şəxsi görüş” istəyi ilə əsaslandırmışdı.

"ABC News"un məlumatına görə, Pakistan rəsmisinə istinadla bildirilir ki, ABŞ və İran nümayəndə heyətləri yaxın günlərdə ayrı-ayrılıqda Pakistan rəsmiləri ilə danışıqlar aparacaqlar. Bu ilkin təmaslar uğurlu olarsa, ABŞ və İran arasında birbaşa görüşün keçirilməsi də mümkün ola bilər.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
50
bizimyol.info

10Mənbələr