AZ

Taksidən istifadə edənlərin sayı artıb

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Bu ilin yanvar–mart aylarında taksi xidmətlərindən 19 milyon 488 min sərnişin istifadə edib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çoxdur.

Həmin dövrdə ictimai nəqliyyatda da sərnişin axınında artım qeydə alınıb. Belə ki, cari ilin I rübündə avtobuslardan 432 milyon 39,9 min, metrodan isə 53 milyon 508,3 min sərnişin istifadə edib ki, bu göstəricilər də illik müqayisədə müvafiq olaraq 8,6% və 1,3% artıb.

Eyni zamanda, hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5,5% artaraq 912,6 min nəfərə, dəmiryolu nəqliyyatı üzrə isə 23,8% artaraq 2 milyon 568,7 min nəfərə çatıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
9
cebheinfo.az

10Mənbələr