AZ

Azərbaycan derbisi Rəhim Həsənovun ifşa etdiyi referiyə tapşırılacaq?

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bilindiyi kimi, Misli premyer-liqasının 29-cu turunda Azərbaycan derbisinə şahildik edəcəyik. Belə ki, “Neftçi” aprelin 26-sı, saat 20.00-da “Palms Sports Arena”da “Qarabağ”ı qəbul edəcək.Əlbəttə, vacib məqamlardan biri də oyunu hansı hakimin idarə edəcəyidi. Paytaxt təmsilçisinin son vaxtlar ədalət təmsilçilərindən narazı qalması, hətta bəzi qərarları aşkar qərəz adlandırması bu istiqamətdə gərginliyi son həddə çatdırıb. Bəs, matça hansı “fit sahibi”nin təyinat alması mümkündü?“Football-plus.az” bu suala aydınlıq gətirməyə çalışdı.Əvvəlcədən bildirək ki, FİFA referilərindən Elçin Məsiyev bu tur keçiriləcək “İmişli” – “Sumqayıt”, Kamal Umudlu isə “Qəbələ” – “Araz-Naxçıvan” matçında baş hakim olacaq. Əliyar Ağayevin cəzalı olduğundan xəbərdarsız. Onun 5 tur cəza aldığı haqda iddialar doğrudusa, təcrübəli referinin ən tez 31-ci turda iş başında olmaq ehtimalı var. Belədə yalnız Tural Qurbanov qalır ki, böyük ehtimalla, Azərbaycan derbisini məhz o idarə edəcək.O başqa məsələ ki, Tural bəy də yaxınlarda yanlış qərara imza atıb. 27-ci turun mərkəzi oyununda – “Sabah” – “Zirə” matçında iş başında olan referi 43-cü dəqiqədə “bayquşlar”ın futbolçusu Akim Zedadkanın “qartallar”ın oyunçusu İssa Cibrilaya qarşı kobud oyununa görə meydan sahiblərinin üzvünə sarı vərəqə göstərməli olsa da, ümumiyyətlə, qayda pozuntusunu qeydə almayıb. Rəhim Həsənov onun səhvini etiraf edib.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
icma.az

2Mənbələr