AZ

Ukraynada gecə hücumları nəticəsində 4 nəfər ölüb

Rusiya qüvvələri gecə boyu Ukraynanın Dnepr və digər şəhərlərinə kütləvi hücum həyata keçirib.

Unian-ın məlumatına görə, hazırda Dnepr şəhərində Rusiyanın hücumu nəticəsində yaralanan 11 nəfər xəstəxanaya yerləşdirilib. Yaşayış binasına edilən zərbə yerində xilasetmə əməliyyatları davam edir və dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur.

Dnepr ilə yanaşı, Çerniqov, Odessa və Xarkov vilayətlərində də zərərçəkənlər var. Hücumlar zamanı zərbə dronları, qanadlı raketlər və çoxlu sayda ballistik silahdan istifadə olunub. Hədəflərin əksəriyyəti şəhərlərdə mülki infrastruktur olub – yaşayış binaları, enerji obyektləri və müəssisələr zərər görüb.

"Cebheinfo.az"

Seçilən
45
4
cebheinfo.az

6Mənbələr