AZ

Çaqqal hücumundan necə qorunmaq olar? AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Müxtəlif bölgələrdə çaqqal hücumlarının artması ilə bağlı xəbərlər ictimai narahatlıq yaradıb və bu məsələ həm ekoloji, həm də təhlükəsizlik baxımından diqqət mərkəzinə düşüb. Əsas sual isə ondan ibarətdir ki, bu hallar hansı səbəblərlə bağlıdır və insanların gündəlik həyatında hansı riskləri yaradır, eləcə də bu cür hadisələrin qarşısını almaq üçün hansı tədbirlərin görülməsi zəruridir.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, burada əsas amillərdən biri ətraf mühitin düzgün idarə olunmasıdır. "Qida və zibil qalıqları açıq saxlanılmamalı, qida mənbələri kənarlaşdırılmalı və qapalı şəkildə qorunmalıdır. Çünki çaqqallar ilk növbədə qida mənbələrinə, xüsusilə tullantı zonalarına yaxınlaşır, insanla qarşılaşmadıqda isə hücum riski yarana bilər. Fiziki qorunma tədbirləri də vacibdir. Həyətlər hasarlanmalı, gecə saatlarında ərazilərin işıqlandırılması təmin olunmalıdır. Böyük fermer təsərrüfatlarında, xüsusilə heyvandarlıqla məşğul olan sahələrdə elektrik çəpərlərdən istifadə etmək mümkündür. Kiçik təsərrüfatlarda da ehtiyat tədbirləri görülməli, heyvan saxlanılan yerlər açıq buraxılmamalıdır. Mühafizə məqsədilə itlərdən istifadə də effektiv üsullardan biridir".Ekspert bildirib ki, bu cür ərazilərdə azyaşlı uşaqların və yaşlı şəxslərin tək buraxılması məqsədəuyğun deyil. "Xüsusilə mal-qara, qoyun-quzu kimi heyvanların saxlanıldığı təsərrüfatlarda təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Hücum zamanı qaçmaq tövsiyə edilmir. Bəzi hallarda insan özünü daha iri göstərərək, səs-küy salaraq və ya yavaş-yavaş geri çəkilərək təhlükədən qoruna bilər. Əgər hər hansı dişləmə hadisəsi baş verərsə, dərhal tibbi yardıma müraciət olunmalı və müvafiq peyvəndləmə həyata keçirilməlidir".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
demokrat.az

1Mənbələr