Masallıda narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olunub.
"Yeni Sabah" xəbər verir ki, "BYD" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb.
Yoxlama zamanı R. Məmmədovun sürücülük hüququ olmadığı və marixuana istifadə etdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə R.Məmmədov 15 gün müddətinə inzibati həbs olunub.
Telegram kanalımız