AZ

“Sumqayıt” “İmişli”yə qarşı, “Araz-Naxçıvan” Qəbələ səfərində – YENİLƏNİR

Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura start veriləcək.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Turun ilk oyunu Qubada təşkil olunacaq. “İmişli” meydan sahibi qismində “Sumqayıt”ı qəbul edəcək.

Günün son matçında “Qəbələ” doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşacaq.

Turun qalan oyunları sabah və birigün keçiriləcək.

Azərbaycan Premyer Liqası, 29-cu tur

25 aprel

İmişli – Sumqayıt
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Quba OİK stadionu, 16:00

Qəbələ – Araz-Naxçıvan
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Əkbər Əhmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ şəhər stadionu, 18:30

Seçilən
17
1
idmanxeber.az

2Mənbələr