AZ

Qəbələdəki təlim məşq toplanışı gələcək üçün komandaya fayda verəcək

ain.az, sport24.az saytına istinadən bildirir.

"20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdəki təlim-məşq toplanışı gələcək üçün komandaya fayda verəcək". Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O, U-20-nin heyətində Şahin İbrahimov və Əli Bəşirovun zədə səbəbindən toplanışdan kənarda qaldığını xatırladıb:

"Növbəti hazırlıq prosesi mayın sonundan iyunun əvvəlinədək planlaşdırılır. Qəbələdəki toplanış iki həftə çəkəcək. Bu dəfə baş məşqçi Ruy Jorjenin istəyi ilə yoxlama oyunları olmadı. İkinci təlim-məşq toplanışında yoxlama matçı planlaşdırılır. Lakin hələlik komanda ilə bağlı qərar verilməyib".

Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
72
1
sport24.az

2Mənbələr