AZ

“Final görüşünün Azərbaycanda keçirilməsini istəyirik” - Sərxan Hacıyev U-20 mundialı haqda

U-20 millimizin Qəbələdəki toplanışı davam edir.

AFFA-nın dəvəti ilə təlim-məşq toplanışında media nümayəndələri də iştirak edib. Federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev brifinqdə jurnalistlərin suallarını cavablayıb.

- Komandanın məşqləri aprelin 13-dən start götürüb. Sabah təlim-məşq toplanışının son günüdü. İki futbolçumuz zədələndi. Biri məşqlərdən əvvəl, digəri isə burda zədə aldı. Hazırlıq davam edir. Sabah son məşqlərin günüdü. Bu, gələcək üçün də hazırlıq olacaq.

- Növbəti təlim-məşq toplanışı harda planlaşdırılır?

- Gələn ayın sonundan etibarən 2 həftəlik, yenə Qəbələdə olacaq.

- Yoxlama oyunlarındakı rəqiblərlə bağlı nə deyə bilərsiz?

- Fikir verdizsə, bu dəfə yoxlama oyunu olmadı. Məşqçi korpusunun xahişi ilə belə alındı. Tanışlıq xarakterli hazırlıq idi. İkincisində yoxlama oyununa ehtimal var. Yerli komanda, yaxud beynəlxalq millilərlə oynayacağımıza isə bu toplanışdan sonra qərar veriləcək.

- DÇ-ə hazırlıq necə gedir?

- Davam edir. Dövlət qurumları ilə əlaqədəyik. FİFA prosedurlara nəzarət edir. Detallı məlumat yoxdu. Çempionatın tarixi 2027-ci ilin sentyabrın ortaları-oktyabrın əvvəli olacaq.

- Futbolçuların oyun praktikasının artırılması üçün planda nə var?

- Baza-klub olmayacaq. Əvəzedicilər liqasının ləğv edilməsi? PFL-lə danışdıq, çempionatları dayandırdıq. Ləğv olunma müzakirəsi mövzusudu. Qərar verilməyib. Format dəyişikliyi ola bilər. Gənclər Liqasına da aiddi. 17 aylıq məşq proqramlarını bizə veriblər. U-20 prioritet məsələdi. Ehtimal var ki, əvəzedicilər liqası ləğv olsa, çempionatın formatında dəyişiklik olsun.

- Gəncə şəhər stadionunun ot örtüyü ilə bağlı yenilik var?

- Nə isə deyə bilmərik.

- Ölkə xaricində çıxış edən futbolçularla bağlı nə deyə bilərsiz?

- Dəvət edirdik. Təəssüf ki, onlarda liqa davam edit deyə qoşulq bilmədilər. Hazırda yanlız “Marcet”dən qoşulan bir futbolçu var. Türkiyə və İsveçdə oynayan futbolçular var. Almaniyadan 1-2 yenilər də olacaq. Azərbaycanla bağlılıqları var, amma vəsiqələri yoxdu.

- Elxan Məmmədovla əlaqələriniz necədi? Sizə
köməyi dəyirmi?


- Müəyyən əlaqələr olur. Elxan bəyin vəzifəsi milli assosiasalar üzrə departament rəhbəridi. DÇ ilə bağlı da əlaqələr olur.

- Final oyununun Azərbaycan və ya Özbəkistanda keçirilməsi AFFA üçün prinsipial məqamdı?

- Bu məsələ haqda danışıqlar gedir. AFFA olaraq final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıyıq.

- Ölkə kubokunun yarımfinal qarşılaşmasından sonra Rəhim Həsənovun hakim qərarları haqda fikrinədeyə bilərsiz?

- Xahiş edirəm, burda ancaq DÇ, U-20 haqda danışaq.


MÜZƏFFƏR QULUZADƏ

Seçilən
81
27
football-plus.az

10Mənbələr