AZ

Messi və Ronaldonu geridə qoydu

Qadınlar arasında İspaniya çempionatının 26-cı turunda “Barselona” səfərdə “Espanyol”u 4-1 hesabı ilə məğlub etdi.

Publika.az xəbər verir ki, Kataloniya derbisindəki qələbə “Barsa”ya vaxtından əvvəl İspaniya çempionluğu titulunu qazandırdı. Aleksia Putellas onuncu La Liqa titulunu qazandı. Bu nəticə onu digər klub əfsanəsi, həmçinin 10 dəfə La Liqanı qazanan Lionel Messi ilə bir səviyyəyə çatdırdı. “Barselona”nın tarixində heç kim İspaniya çempionluğunu daha çox qazanmayıb.

Amma “Barsa”da qazanılan kubokların ümumi sayına görə Aleksia Lioneli geridə qoyub. Messi kataloniyalılarla 35 kubok qazanıb, Putellas isə hazırda 36 kubok qazanıb. Futbolçu həmçinin karyerası ərzində 35 komanda kuboku qazanan Kriştiano Ronaldonu da geridə qoyub.

Seçilən
43
publika.az

1Mənbələr