Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çamlıca məscidində Quranı əzbərləyən 333 tələbə üçün keçirilən məzun mərasimində iştirak edib.
Day.Az Milli.Az-a istinadla xəbər verir ki, mərasimdə Ərdoğan Quran oxuyub.
Prezident Ərdoğan Çamlıca məscidində tələbələrin "Allahu Əkbər" sədaları ilə qarşılanıb. Prezident Ərdoğan mərasim zamanı "Əşr-i Şərif" oxuyub.
O, mərasimdən sonra iştirakçılarla birlikdə cümə namazı qılıb. Xütbə türk, ərəb, ingilis və yapon dillərində oxunub.
Ərdoğanın bu görüntüləri sosial mediada sürətlə yayılıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.