AZ

ABŞ Sakit okeanda narkokartel gəmisinə zərbə endirib

ABŞ Sakit okeanda narkotik ticarətçilərinin gəmisinə qarşı əməliyyat həyata keçirib.

“Cebheinfo.az” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, ABŞ ordusu cümə axşamı Şərqi Sakit okeanda hərəkət edən bir gəmiyə qarşı əməliyyat həyata keçirib və əməliyyat nəticəsində iki narkoterrorçu zərərsizləşdirilib. 

ABŞ Cənub Komandanlığı (SOUTHCOM) “X” platformasında bildirib ki, kəşfiyyat gəminin "məlum narko qaçaqmalçılığı marşrutları" boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı əməliyyatlarında fəal iştirak etdiyini müəyyən edib.

Əməliyyat SOUTHCOM komandiri general Francis L. Donovan tərəfindən əmr edilib və Əməliyyat Qrupu tərəfindən müvəqiyyətlə həyata keçirilib. 

"Bu əməliyyat zamanı iki narkoterrorçu öldürülüb", - deyə komandanlıq bildirib.Qeyd edək ki, əməliyyat Tramp administrasiyasının narkotik qaçaqmalçılığına qarşı mübarizə adı altında ötən sentyabr ayından bəri Karib dənizində və şərqi Sakit okeanda gücləndirilmiş hərbi fəaliyyətinin bir hissəsi olaraq baş tutub. 

Hakimiyyət orqanları əməliyyatların başlamasından bəri ən azı 163 nəfərin öldürüldüyünü bildirir.

Seçilən
15
cebheinfo.az

1Mənbələr