“Real Madrid” azarkeşləri komandanın La Liqadakı son uğursuzluğundan sonra narazılıqlarını gizlətməyiblər.
Publika.az xəbər verir ki, cümə günü “Real” son dəqiqələrdə (1-1) qol buraxaraq “Betis”i məğlub edə bilməyib.
“El Chiringuito” portalının verdiyi məlumata görə, matçdan sonra bəzi azarkeşlər oyunçuları açıq şəkildə tənqid ediblər: “Ayıb olsun! Utanmırsınız? Üzünüzü göstərin!” – deyə qışqırıblar.