AZ

Ranyeri qovulubmuş

“Roma”nın keçmiş baş məşqçisi Klaudio Ranyeri klubun idarə heyətinin müşaviri vəzifəsindən öz istəyi ilə deyil, komanda rəhbərliyi tərəfindən qovulduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, “La Gazzetta dello Sport” qəzeti Ranierinin sözlərini sitat gətirib:

“Baş məsləhətçi kimi klubla münasibətlərimin sona çatması klubun birtərəfli qərarının nəticəsi idi. Bunu vəzifə hissi, hərəkət aydınlığı, həqiqətə sədaqət və ikinci dərim olan formaya olan sevgimdən irəli gələrək deyirəm.

Həmçinin illərdir göstərilən və həmişə qarşılıqlı olan böyük sevgiyə görə Fridkin ailəsinə ( Roma klubunun sahibləri), komandaya, işçi heyətinə və bütün azarkeşlərə təşəkkür etmək istərdim. İrəli, Roma, əbədi olaraq”.

Seçilən
45
publika.az

1Mənbələr