AZ

“Piylənmə xroniki xəstəlikdir, diabet geri qayıda bilər” Mütəxəssisdən XƏBƏRDARLIQ

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Artıq diabeti və yanaşı xəstəlikləri olan pasiyentlər üçün müalicə variantları fərdi qaydada seçilməlidir. Hər xəstəyə eyni əməliyyatı tətbiq etmək mümkün deyil və bu yanaşma həm xəstə təhlükəsizliyini artırır, həm də nəticələrin daha uğurlu olmasına şərait yaradır".

Redaktor.az xəbər verir ki, Beynəlxalq “Bariatrik-Metabolik Cərrahiyyə və Metabolik Xəstəliklər” konqresində çıxışı zamanı doç.dr. Halit Eren Taşkın dedi.

Mütəxəssis qeyd etdi ki, Türkiyədə bu sahə üzrə xüsusi tibbi təlimat hazırlanıb. Həmin təlimatda bədən kütlə indeksinə, edmonton təsnifatına, diabetin olub-olmamasına və yanaşı xəstəliklərə əsasən hansı xəstəyə hansı əməliyyatın uyğun olduğu müəyyənləşdirilir. Hazırda əməliyyat seçimi zamanı əsasən bu meyarlara istinad olunur.

"Piylənmə xroniki xəstəlik hesab olunduğu üçün bütün mərhələlərdə, o cümlədən diabetli xəstələrdə yenidən çəki artımı və diabetin geri qayıtması halları müşahidə oluna bilər. Buna görə də əməliyyatdan sonrakı nəzarət və həyat tərzi dəyişiklikləri xüsusi əhəmiyyət daşıyır. Hazırda ən çox tətbiq edilən əməliyyat üsullarına gəldikdə isə, ilk sırada ölkədə 80-85 faiz göstərici ilə “Sleeve Gastrectomy” dayanır. Bundan sonra “Roux-en-Y Gastric Bypass” və “Single-anastomosis Gastric Bypass” (Mini Gastric Bypass) gəlir. “Biliopancreatic Diversion” və “Duodenal Switch” əməliyyatları isə artıq daha az tətbiq olunur".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
redaktor.az

2Mənbələr