AZ

4 boksçumuz Dünya kubokunun yarımfinalında

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda 1/4 final mərhələsinin döyüşləri başa çatıb.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin bu mərhələdə rinqə çıxan 4 idmançısının hamısı yarımfinala vəsiqə əldə edib.

50 kq-da Sübhan Mamedov Rudolf Qarboyan (Ermənistan) üzərində qələbə qazanıb. Rəqib zədələndiyindən döyüşü davam etdirə bilməyib. Mamedov növbəti görüşündə Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gələcək.

Nəbi İsgəndərov (70 kq) ardıcıl üçüncü qələbəsini qazanıb. O, 1/4 finalda Farux Toxtassunovu (Qazaxıstan) da mübarizədən kənarlaşdırıb – 3:2 (29:28, 30:27, 29:28, 27:30, 28:29). İsgəndərov yarımfinala Kaian Reisi (Braziliya) sınağa çəkəcək.

Səidcəmşid Cəfərov (75 kq) Sanjar-Ali Beqaliyevə (Qazaxıstan) qalib gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) ilə döyüşəcək.

Seçilən
46
13
publika.az

10Mənbələr