AZ

Şalvarım Əli Mirəliyevin şalvarına oxşayır VİDEO

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müğənni Afət Fərmanqızı sosial şəbəkədə açdığı canlı yayım zamanı idman edərkən görüntülərini izləyiciləri ilə bölüşüb.

Milli.Az xəbər verir ki, sənətçinin enerjili və səmimi görüntüləri qısa zamanda maraq doğurub.

Canlı yayım zamanı ifaçı zarafatından da qalmayıb. O, geyindiyi şalvarla bağlı həmkarı Əli Mirəliyev-ə atmacalı fikir səsləndirib:

"Şalvarım Əli Mirəliyevin şalvarına oxşayır. Buradan onu salamlayıram. O vaxt belə bir şalvar geyinmişdi", - deyə müğənni bildirib.

Sözügedən anlar sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Bəzi izləyicilər Afət Fərmanqızının zarafatını bəyənərək onun səmimiliyini vurğulayıb, digərləri isə paylaşım ətrafında müxtəlif rəylər yazıblar.

Görüntülər qısa müddətdə yayılaraq müzakirələrə səbəb olub.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
5
news.milli.az

10Mənbələr