AZ

Azərbaycan XİN Nyu-York merinin bəyanatını pisləyib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Nyu-York şəhərinin meriZohran Kvame Məmdaninin qondarma “erməni soyqırımı” ilə bağlıbəyanatını pisləyib.

Trend xəbərverir ki, bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə “X” sosialşəbəkə hesabında yazıb.

A.Hacızadə bildirib ki, ictimai xadimlər məsuliyyətlədavranmalı, dezinformasiyanın yayılmasından çəkinməli və siyasimotivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanıdərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər.

“Mer Z.Məmdani, sizin təxribat xarakterli bəyanatınızı rəddedirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədəanlayışın olmadığını göstərir və faktları siyasi məqsədlər naminətəhrif edir.

2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suverenəraziləri daxilində, beynəlxalq hüquqa və BMT TəhlükəsizlikŞurasının qətnamələrinə uyğun şəkildə hərəkət edib.

2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri üç onillikdavam edən qanunsuz işğaldan sonra Azərbaycanın konstitusionquruluşunun bərpası ilə nəticələnib. “Qovulma” iddiaları isə ermənisakinlərə reinteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizliktəminatlarının təklif edildiyini nəzərə almır.

Xüsusilə narahatedicidir ki, seçilmiş bir vəzifəli şəxsbirtərəfli narrativləri təşviq edir, işğal dövründə yüz minlərləazərbaycanlıya qarşı həyata keçirilmiş etnik təmizləmə vəqırğınları, eləcə də mədəni və dini irsin dağıdılmasını görməzdəngəlir”.

XİN rəsmisi qeyd edib ki, bu cür məsuliyyətsiz bəyanatlarqəbuledilməzdir və dərhal geri götürülməlidir.

Seçilən
16
18
az.trend.az

5Mənbələr