AZ

Veteran Tankçılar İctimai Birliyinin sədri: Albert Aqarunovu bütün Azərbaycan tanıyır

Bakı, 25 aprel, AZƏRTAC

Albert Aqarunov Azərbaycanın ilk Milli Qəhrəmanlarından biridir. Onu bütün Azərbaycan tanıyır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov Milli Qəhrəman Albert Aqarunovun anım günü ilə bağlı təşkil edilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan uğrunda döyüşdə şəhid olan Albertin xatirəsi hər il doğum günündə ehtiramla anılır: "Albertin adına məktəb var. Bu il də Gəncədə onun şərəfinə futbol üzrə yarışlar keçirilir. Şəhidlər yaddan çıxmır, Albertlə yanaşı, digər Milli Qəhrəmanlar da anılır. Biz veteran tankçılar Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmişik. 44 günlük müharibədə Azərbaycan qələbə çalmalı idi və elə də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Müxbir - Nailə Həsənova
Foto - Səfiyar Məcnun
Seçilən
29
2
azertag.az

3Mənbələr