Kamçatkada (Rusiya) 5,5 maqnitudalı zəlzələ baş verib.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialından bildirilib.
"Seysmik hadisənin maqnitudası 5,5 olub, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 63 km məsafədə yerləşib", - müəssisədən bildiriblər.