Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ölkədə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.
"Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapıb", - İlham Əliyev deyib.
Dövlət başçısı xatırladıb ki, keçən il iki mühüm hadisə baş verib: