AZ

Azərbaycan qarğıdalı idxalını azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 21 min 892 ton qarğıdalı idxal edib.

Hakimiyyet.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının dəyəri 10 milyon 691 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qarğıdalı idxalı həcm baxımından 14 min 131 ton (39,2 %), dəyər baxımından isə 273,42 min dollar (2,4 %) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,2 %-ni təşkil edib.

3 ayda Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Seçilən
15
22
hakimiyyet.az

10Mənbələr