AZ

Türkiyə gözəli işsiz qaldı, yeni peşəsi diqqət çəkdi: Xoşbəxtliyimi tapdım - FOTO

"Miss Turkey", "World Miss University" və "Best Model" yarışmalarında Türkiyəni təmsil edən model Irmak Öztaşın yeni peşəsi sosial mediada geniş müzakirə olunub.

Ölkə.Az yerli mediaya istinadən xəbər verir ki, uzun sürən iş axtarışından sonra o, bu çətin prosesdə fərqli bir sahəyə yönəlmək məcburiyyətində qalıb.

Universitetdə mütərcim-tərcüməçilik ixtisası üzrə təhsil alan Öztaş, bir müddət moda sektorunda fəaliyyət göstərsə də, karyerasında gözlənilməz bir addım atıb.

Model 7 aylıq işsizlik müddətindən sonra bir çörək sexində satıcı kimi işə düzəldiyini sosial media hesabı vasitəsilə izləyiciləri ilə bölüşüb.

Öztaş paylaşdığı fotosunun üzərinə bu qeydi əlavə edib: "Mütərcim-tərcüməçilik məzunu və keçmiş "Miss Turkey" iştirakçısısan, amma 7 ay işsiz qaldıqdan sonra satıcı olub xoşbəxtliyi kiçik sahibkarlıqda tapmısan".

Seçilən
69
1
olke.az

2Mənbələr