AZ

Makron ABŞ ni etibarsız müttəfiq hesab etdi

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Fransanın dövlət başçısı Emmanuel Makron Vaşinqtonu tam güvənilən tərəfdaş kimi qəbul etmədiyini açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, o bu fikirləri Yunanıstanın paytaxtı Afinada "Kathimerini" nəşrinin təşkilatçılığı ilə baş tutan debatda səsləndirib.

"Hər kəsə aydındır ki, dünyanın bir nömrəli dövləti sayılan ABŞ bəzi ölkələr üçün müttəfiq kimi çıxış edə bilər, ancaq bu müttəfiqlik o qədər də mütləq deyil və heç kim onun tam etibarlılığına inanmır," - deyə Fransa lideri vurğulayıb.

Qeyd edək ki, E.Makron bundan öncə Nikosiyada tələbələr qarşısında çıxışı zamanı Vaşinqtonun uzunmüddətli perspektivdə Avropanın müdafiəsindən imtina edəcəyini vurğulamışdı.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
1
cebheinfo.az

2Mənbələr