ABŞ Şərqi Sakit okeanda narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi ehtimal olunan gəmiyə zərbə endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb: “Kəşfiyyat məlumatları gəminin Şərqi Sakit okeanda tanınmış narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və bu məqsədlə istifadə olunduğunu təsdiqləyib”.
Məlumata görə, zərbə nəticəsində iki nəfər həlak olub. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.